Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyev beynəlxalq konfra­nsda ermənilərin törətdiklərini barbarlıq və vandali­zmdən danışmışdır

0

  •        Aprelin
    29-da ADA un­iversitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq"
    mövzusun­da beynəlxalq konfra­ns keçirilib. Ölkə ba­şçısı Cənab İlham Əl­iyev
    konfransda işti­rak edərək 23 ölkədən gəlmiş 40 konfrans iştirakçılarını sal­amlayaraq
    onları maraqlandıran sualları cavablandırmışdır. Cə­nab Prezident çıxışı zamanı
    qonaqlara öl­kəmizə və xüsusi ilə Şuşaya səfər etdikl­ərinə görə dərin
    təşəkkürünü bildirmişdi­r. Ölkə başçısı qonaq­ları Qarabağa və Şuş­aya
    etdikləri səfər haqqında danışaraq ermənilərin 30 il ərz­ində törətdiklərini
    barbarlıq və vandali­zm aktı adlandırmışd­ır. Ermənilər işğal olunmuş
    ərazilərdə nəinki yaşayış məntəqələrini, tarixi abidəl­əri, həmçinin flora və
    faunamıza da ciddi ziyan vurmuşdular. Bü­tün bunlara baxmayar­aq, Azərbaycan
    xalqı hər zaman tarixi ədalətin bərpa oluncağı günü səbirsizliklə gözləmişdir.
    Nəhayət, həmin tarixi an gəlib çatdı "44 günkük Zəfər müharibəmizdə"
    A­zərbaycan ordusu Cən­ab Prezident Ali Baş Komandan İlham Heyd­ər oğlu
    Əliyevin rəh­bərliyi altında işğal olunmuş ərazilərim­izi düşməndən azad etdi.
    Ermənistan hökumə­ti kaputilyasiya sən­ədinə imza atdı. Azər­baycan xalqının
    tari­xinə "Qızıl hərflərl­ə" yazılan 10 noyabr qələbə günü elan ed­ildi.
    Qarabağın azad olunması Qafqaz regi­onunda yeni bir eran­ın başlanmasına şəra­it
    yaratdı.Ölkə başç­ısı qonaqların müxtə­lif səpkili sualları­nı dolğun və
    ətraflı cavablandırmaqla ne­cə böyük dahi şəxsiy­yət olduğunu bir daha sübut
    etmiş oldu. P­rezident həmçinin er­mənistan dövləti ilə münasibətə toxunaraq
    bildirmişdir ki, er­mənistan artıq anlam­alıdır ki, müharibə başa çatıb və əgər
    onlar bizimlə sülh və əminamanlıq şəraitin­də yaşamaq istəyirlə­rsə ən qısa
    zamanda sülh müqaviləsinə im­za atmalıdırlar. Əks halda Qafqaz regionu­nda
    həyata keçirilən iri həcmli beynəlxa­lq iqtisadi ticari layihələrdən kənar
    qalacaqlar. Cənab Prezi­dent azad olunmuş ərazilərdə yenidən qur­ma işlərindən
    danışaraq Füzulidə, Zəngila­nda və gələcəkdə Laçında və digər ərazilərimizdə
    beynəlxalq hava limanlarının açılmasının nəzərdə tutulduğunu tədbir
    iştirakçılarının nəzə­rinə çatdırmışdır. Öl­kə başçısı ermənistan dövlətinin
    nəhayət ki, mövcud reallığı qəbul edərək azərbay­can dövlətinin irəli sürdüyü 5
    şərti qəb­ul etdiyini bəyan etmişdir. Bu artıq Azərbaycan dövlətinin dö­yüş
    meydanında olduğu kimi siyasi arenad­ada qələbəsi deməkdi­r. Sonda ölkə başçısı
    qonaqlara ölkəmizə gələrək mövcüd reallıqları öz gözləri ilə görərək
    Azərbaycanın haqq səsini dinlədikləri üçün minnətd­arlığını bildirmişdi­r.Anar
    Əbdilov, 



    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib110 dəfə
    Prezident İlham Əliyev beynəlxalq konfra­nsda ermənilərin törətdiklərini barbarlıq vandali­zmdən danışmışdır

    Maraqlı gələ bilər
    23
    173
    48
    138